Arçil Talakvadze: Arçil Talakvadze:
09.04.2021 15:02
374
Siyasət
A
Arçil Talakvadze: Arçil Talakvadze: "Həmişə seçkilərə hazırlaşırıq"
"Seçkilər başa çatdığından bəri həmişə seçkilərə hazırlaşırıq". Aktual.ge xəbər verir ki, bu sözləri Parlamentin sədri Arçil Talakvadze jurnalistlərin "Gürcü Arzusu"nun yerli seçkilərə hazıraşırmı sualını cavablandrarkən söyləyib. Onun sözlərinə görə, hakim komanda yaxın gələcəkdə "Gürcü Arzusu" namizədləri və seçkilərdəki siyahıları haqqında ictimaiyyətə məlumat verəcək. “Seçkilər qurtarıdğı gündən etibarən vətəndaşlar vəd etdiklərimizi, irəliləyiş və problemlərin həllini gözləyirlər. Buna görə də uğurlu hökumət və siyasi komanda seçkilərə ikinci qələbə günündən hazırlaşır. Əminəm ki, vətəndaşlar bu işimizlə növbəti seçkilərdə bizi qiymətləndirəcəklər. Növbəti seçkilərə namizəd və siyahılara gəldikdə isə, bu barədə bir şey demək hələ tezdir. Xüsusilə bələdiyyə başçı namizədləri barədə söz verirəm ki, çox keçmədən seçki kampaniyası və seçki dövrü yaxınlaşdıqca bu barədə daha çox məlumata sahib olacaqsınız. O ki, qaldı Qiorqi Qaxariaya o, hələ hər hansı bir siyasi partiya qurub-qurmayacağı, necə bir partiya quracağı, hansı ideoloji platformaya sahib olacağı, kimin komandası olacağı barədə heç bir siyasi bəyanat verməyib. Nəticə olaraq, mənim üçün nəyisə qiymətləndirmək çətin olacaq", - deyə A.Talakvadze qeyd edib.
ŞƏRH YAZ
5