Novruz bayramı şənliyi keçirməyən Qardabani meriyası, tən-tənəli konsertə hazırlaşır
11.04.2021 19:21
580
Mədəniyyət
A
Novruz bayramı şənliyi keçirməyən Qardabani meriyası, tən-tənəli konsertə hazırlaşır
Qardabani Meriyası rayonda Mərkəzi Parkın bərpası münasibətilə tən-tənəli açılış konsertinə hazırlaşır. Aktual.ge-nin etibarlı mənbələrindən əldə etdiyi məlumata görə, bununla bağlı artıq Qardabani rayonunun meri Ramaz Budağaşvili qərar qəbul edib. Qərarar görə, Qardabanidəki Mərkəzi Parkın bərpa işlərinin sona çatması ilə bağlı 1 saat 40 dəqiqəlik təntənəli konsert təşkil etmək üçün rayon meriyasının büdcəsindən 15 000 (on beş min) lari vəsait ayrılıb. Gürcüstanda COVİD19 pandemiyasının üçüncü dalğası başladığı bir ərəfədə Qardabani meriyası tən-tənəli konsert üçün ayırdığı 15 min lari "Küçə müsiqiçilərinə" veriləcək: Gemal Bağaşvili - 3000 lari Giorgi Bağaşvili - 2500 lari Besarion Berulaşvili - 2500 lari Zurab Manqavidze - 1000 lari Boris Bedia - 1000 lari Xviça Mağalakelidze - 1000 lari Merab Samğuraşvili - 1000 lari Giorgi Ğağaşvili - 1000 lari Elguga Mardaleişvili - 1000 lari Giorgi Davitiani - 1000 lari Xatırladaq ki, koronavirus pandemiyası səbəbi ilə hər il Qardabani rayonunda gerçəkləştirilən Novruz bayramı şənliyi bu il baş tutmayıb. Qeyd edək ki, Marneuli meriyası Beynəlxalq Sağlamlıq Günü münasibətilə 90 dəqiqəlik tən-tənəli konsert proqramı keçirməyi planlaşdırırdı, ancaq ictimaiyyətindən sosial şəbəkədəki narazılığından sonra həmin konsert təxirə salındı. Bunu da qeyd edək ki, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze ölkədə koronavirusun üçüncü dalğasının başladığını elan edib.
ŞƏRH YAZ
15