Müfti Ramazan ayının gəlişi münasibətilə müsəlmanları təbrik edir - VİDEO
Ramazan ayının gəlişi münasibətilə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi-Gürcüstan Müftisi Etibar Eminov özünün "Facebook" hesabında təbrik video mesajı paylaşıb.
Aktual.ge məlumat verir ki, Müfti təbrik mesajında Gürcüstan və dünya müsəlmanlarını mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edib:
"Hörmətli müsəlmanlar, sizləri öz adım ilə və Bütün Gürcüstan Müsəlmanları İdarəsi adı ilə 11 ayın sultanı olan Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm.
Qurani-Kərimdə Allah bizlərə xitab edərək buyurur ki, ey müsəlmanlar biz sizdən əvvəl gəlmiş ümmətlərədə orucu tutmağı vacib etdik, gəlmiş keçmiş bütün isanlar oruc tuturdular və onun niyyətlərini yerinə yetirirdilər.
Mümkündür ki, əvvəl ki, illərdə oruc tutmaq müxtəlif şəkildə ola idi, amma orucun gəlişinin və qayəsi hələdə eynidir.
Hörmətli müsəlmanlar, orucun Allah istədiyi bir şəkildə olması üçün gərək bütün bədən üzvlərimiz oruc tuta, mədəmiz oruc olduğu kimi, gözümüz, qulağımız və dilimizdə oruc ola.
Dəyərli müsəlmanlar, gəlin Allahımızın bizə göndərmiş olduğu rəhmət ayından istifadə edək, Allah ümməti Məhəmmədin (s) Ramazani-şərif ayını mübarək etsin. Allah ailələrinizə, hüzur, rəhmət, bərəkət və sağlıq nəsib etsin".