Nərimanovun doğum günündə abidəsi ziyarət olundu - FOTO
14.04.2021 14:48
494
Mədəniyyət
A
Nərimanovun doğum günündə abidəsi ziyarət olundu - FOTO
Bu gün, 14 aprel ictimai-siyasi xadim, müəllim, Nəriman Nərimanovun doğum günü münasibətilə Marneulidəki abidəsi yerli ictimaiyyət tərəfindən ziyarət olunub. Aktual.ge xəbər verir ki, yerli ictimaiyyət tərəfindən onun Marneuli Mədəniyyət-Evinin qarşısında yerləşən abidəsinə əklil və çiçəklər qoyulub. Burada açıqlama edən Borçalı İş Adamları Birliyinin sədri İsrafil Bayramov xatırladıb ki, bu gün Nərimanovun 151 yaşı tamam olur: "Bu gün görkəmli siyasi-ictimai xadim Nəriman Nərimanovun 151 yaşı tamam olur, biz ictimai xadimlər isə bu gün Marneuli Mədəniyyət-Evinin qarşısında yerləşən onun abidəsini ziyarət edib, onu yad etdik. Nərimanov seminariyanıı bitirdikdən sonra birinci dəfə Marneulinin Qızılhacılı kəndində fəaliyyət göstərib və orada ilk qızlar məktəbinin açılması məhz onun təşəbbüsü və zəhməti ilə olub. Biz onu böyük publisist, yazıçı, dramaturq, həkim və müəllim kimi tanıyırıq eləcə də, hörmət bəsləyirik", Qeyd edək ki, N.Nərimanov 14 aprel, 1870-ci ildə Tbilisidə anadan olub.
ŞƏRH YAZ
1