Sutkalıq koronavirus statistikası açıqlandı
15.04.2021 10:53
399
Sağlamlıq
A
Sutkalıq koronavirus statistikası açıqlandı
Gürcüstanda ötən sutkada koronavirusa 1 030 yeni yoluxma faktı təsdiqlənib, 706 nəfər sağalaraq evə buraxılıb, 7 pasiyent vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. İndiyədək ölkədə COVID-19 infeksiyasına 292 244 nəfər yoluxub. Onların 279 389-u sağalıb, 3 908-i isə dünyasını dəyişib. Hazırda karantin rejimində 155, stasionar nəzarətdə isə 2 616 nəfər saxlanılır.
ŞƏRH YAZ
3