Məktəblərdə əlavə məhdudiyyətlər gözlənilir? - Mərkəz rəhbəri aydınlıq gətirdi
16.04.2021 11:47
1052
Sağlamlıq
A
Məktəblərdə əlavə məhdudiyyətlər gözlənilir? - Mərkəz rəhbəri aydınlıq gətirdi
“Bu mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər planlaşdırmırıq, çünki həyəcan siqnalı yoxdur". Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib. O, təhsil müəssisələrinin rəhbərliklərinə şagirdlərin və müəllimlərin virusa yoluxma hallarının qarşısını almaq üçün verilən tövsiyələrə ciddi əməl etməli olduqlarını bildirib. “Bu mərhələdə məktəblərdə yoluxma hallarının sayı 8% -i keçmir. Əlbətdə ki, virusun yayılmasının qarşısını almaq üçün mövcud olan qaydalara ciddi şəkildə riayət edilməlidir. Bu mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər planlaşdırmırıq, çünki həyəcan siqnalı yoxdur", - deyə Amiran Qamğrelidze əlavə edib.
ŞƏRH YAZ
2