Tbilisidə banka olunan hücuma görə metro fəaliyyətini dayandırdı
Tbilisidə “Bank of Georgis”nın (Gürcüstan bank) filialına silahlı basqın edən şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil.
Aktual.ge xəbər verir ki, polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.
Polis hazırda xüsusi əməliyyat keçirir.
Hazırkı mərhələdə Daxili İşlər Nazirliyi heç bir açıqlama yaymayıb.