16.04.2021 17:41
1047
Siyasət
A
"Gürcü Arzusu" yerli seçkilərdə bunu edə bilməsə müxalifətin tələblərini nəzərdən keçirəcəyik
"Qarşıdan gələn özünüidarəetmə seçkilərində 40% dəstək prinsipini tətbiq etməyə hazır olduğumuzu bildiririk". Aktual.ge xəbər verir ki, bunu Parlamentin sədri Arçil Talakvadze "Gürcü Arzusu"nun mərkəzi qərargahında baş tutan brifinqdə söyləyib. Parlamentin sədri qeyd edib ki, əgər iqtidar partiyası yerli seçkilərdə 40% səs ala bilmirsə, o zaman müxalifətin [erkən] seçkilərlə bağlı tələblərini nəzərdən keçirəcəyik. “Qarşıdan gələn özünüidarəetmə seçkilərində 40% dəstək prinsipini tətbiq etməyə hazır olduğumuzu bildiririk. Müxalifətin vəziyyətini, radikal hissəsinin necə sabitliyi pozmağa çalışdığını görürük, müdrik hissəsi isə üzünü qoruya bilməsi üçün qərar vermək üçün bir yol axtarır",-deyə A.Talakvadze vurğulayıb.
ŞƏRH YAZ
12