Baş virusoloq: "Qaydalara əməl etməsək, yayda vəziyyət çox çətin olacaq"
"Bu ay qaydalara maksimum dərəcə əməl etməsək, əlbəttə ki, yayda vəziyyət çox çətin olacaq".
Aktual.ge xəbər verir ki, bu fikiri Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini, baş virusoloq Paata İmnadze "Palitraniusa" müsahibəsində ifadə edib.
"Noyabrın sonu və dekabrın əvvəlində baş verənləri hamımız xatırlayırıq. Bu ayı birtəhər keçirtmək, böyük yığıncaqlardan çəkinmək və camaat qarşısına maskasız çıxmaqdan çəkinməliyik. Çox çətin olduğunu başa düşürəm, hamı yorulub. Bu gün ictimaiyyət qarşısında maskasız görünmək pis bir davranışdır",-deyib P.İmnadze.