Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir - FOTO
12.08.2020 11:32
1430
Mədəniyyət
A
Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir - FOTO
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində yeni ictimai məktəb inşa olunur. Aktual.gr xəbər verir ki, ötən gün Baş nazir Giorgi Qaxaria hakim "Gürcü Arzusu" partiyasının liderləri ilə birgə kəndə baş çəkib və tikinti işləri ilə tanış olub. Azərbaycandilli məktəb 300 şagird üçün nəzərdə tutulub və müasir standartların tələblərinə tam cavab verəcək.   Laqodexi bələdiyyəsində 30 ildən çoxdur yeni təhsil müəssisəsi inşa olunmayıb. Bu il Bələdiyyələrin İnkişafı Fondunun vəsaiti hesabına rayonda biri Qabal kəndində olmaqla iki ictimai məktəb tikilir. Hakim partiyadan bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələrinin inşası prioritet olaraq qalır və 2012-ci ildən bu sahədə bir sıra layihələr reallaşdırılıb. 
ŞƏRH YAZ
0