17.04.2021 09:00
566
Sağlamlıq
A
"İctimaiyyət arasında maskasız görünmək tərbiyəsizlikdir"
"Bu gün ictimaiyyət arasında maskasız görünmək tərbiyəsizlikdir" Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Milli Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze deyib. Onun sözlərinə görə, cəmiyyət növbəti 1 ay ərzində tövsiyyələrə əməl etməzsə, ölkədəki epidemioloji vəziyyət yenidən gərginləşəcək. “Növbəti ay yayı necə qarşılayacağımız üçün ən vacib ay olacaq. Bu ay qaydalara çox əməl etməsək, əlbəttə vəziyyət çox çətin olacaq. Noyabrın sonu və dekabrın əvvəlində epidemioloji vəziyyətin necə olduğunu hamımız xatırlayırıq. Həqiqətən də bu ayı birtəhər keçirtmək, izdihamlı yığıncaqlardan və camaat arasına maskasız çıxmaqdan çəkinmək lazımdır. Çox çətin olduğunu başa düşürəm, ancaq bu, bir-birinizə hörmət, qarşılıqlı qayğıdır. Bu gün ictimaiyyət qarşısında maskasız görünmək tərbiyəsizlik olar"- deyə Paata İmnadze bildirib.
ŞƏRH YAZ
12