Makron, Zelenski və Merkel Rusiyanı Ukraynadan qoşunlarını geri çəkməyə çağırır
"Rusiya qoşunlarını Ukrayna sərhədlərindən çıxarmalıdır".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Almaniyanın Baş naziri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qoşunlarını Ukraynadan çıxarması barədə çağırış edib.
Zelenskinin hazırda Fransada olduğu bildirilir və onun səfəri zamanı Almaniya, Fransa və Ukrayna liderlərinin video konfransı keçirilib.
Tərəflər Donbasdakı vəziyyəti müzakirə edib və Rusiya qoşunlarının Ukraynanın şərq sərhədi boyunca səfərbər olunmasından narahatlıqlarını ifadə ediblər. Onlar, Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər.