“Gürcü Arzusu” siyasi böhrandan çıxış planını birtərəfli olaraq imzalayıb
17.04.2021 10:43
229
Siyasət
A
“Gürcü Arzusu” siyasi böhrandan çıxış planını birtərəfli olaraq imzalayıb
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Avropa İttifaqının xüsusi nümayəndəsi Kristian Danielsonun təklif etdiyi siyasi böhrandan çıxış üzrə planı birtərəfli qaydada imzalayıb. Aktual.ge xəbər verir ki, sənədi partiya sədri İrakli Kobaxidze və spiker Arçil Talakvadze imzalayıb. Parlament müxalifətinin əksər hissəsi planı hazırkı formada imzalamaq niyyətində olmadığını bəyan edib. Müxalifət razılaşmaya siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bəndlərin daxil edilməsini tələb edir. Avropa Parlamentinin bir neçə üzvü Gürcüstan müxalifətini sənədi imzalamağa çağırıb.
ŞƏRH YAZ
11