Sergey Lavrov: "Rusiya 10 amerikalı diplomatı ölkədən qovacaq"
“10 nəfərrus diplomatın siyahıya daxil edilməsindən və ABŞ-ı tərk etmələrindən danışırsınız. Buna güzgü kimi cavab verəcəyik. 10 nəfər Amerikalı diplomatı Rusiya Federasiyası ərazisindən çıxardacağıq".
Aktual.ge xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici işlər Naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib.
Diplomatların qovulması ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi ilə üst-üstə düşdü. Məhdudiyyətlər 32 Rusiya hüquqi və fiziki şəxsə aiddir. ABŞ administrasiyasının sözlərinə görə, bu insanlar və təşkilatlar ABŞ seçki kampaniyasına müdaxilə ediblər və ölkəyə qarşı dezinformasiya və digər zərərli hərəkətlər törədiblər.