Gürcüstanın keçmiş prezidentinin kürəkəni həbs edildi
17.04.2021 13:13
369
Siyasət
A
Gürcüstanın keçmiş prezidentinin kürəkəni həbs edildi
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri 4 il müddətinə azadlıqdan məhrum edilib. Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğundan bildirilib. M.Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılması, polis əməkdaşlarına müqavimətin göstərilməsi, külli miqdarda qadağan edilmiş narkotik vasitələrin saxlanılmasında ittiham olunurdu. Qeyd edək ki, sabiq dövlət başçısının yaxın qohumu ötən ilin iyulunda Ozurgeti şəhərində mehmanxanalardan birində baş vermiş insidentlə bağlı saxlanılıb.
ŞƏRH YAZ
5