Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı Ukrayna konsulunu həbs edib
17.04.2021 13:18
669
Dünya
A
Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı Ukrayna konsulunu həbs edib
Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqdakı Ukrayna konsulunu həbs etdi. Aktual.ge xəbər verir ki, bu barədə məlumat Rusiya hökuməti tərəfindən yayılıb. Yayılan rəsmi məlumata görə, Aleksander Sosanyuk "hüquq-mühafizə orqanlarından qapalı məlumat almaqda ittiham edilir". Rusiya Federal Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Sosanyuk Rusiya vətəndaşından məlumat aldıqdan sonra həbs olunub və o, bir necə saatlıq saxlanılıb. Agentlik, konsula qarşı beynəlxalq normalara qarşı tədbirlərin tətbiq ediləcəyini bildirir. Hadisəyə rəsmi Kiyev münasibət bildirib. Belə ki, Ukrayna Xarici İşlər Nazirliyi, diplomatın hazırda hadisənin təfərrüatlarının dəqiqləşdirildiyi Ukrayna diplomatik nümayəndəliyində olduğunu və “cavab addımlarının artıq hazırlandığını” deyir.
ŞƏRH YAZ
7