Torpaq sahələri barədə yeni qərar qəbul edilə bilər
Hökumət torpaq ehtiyatlarını qeydiyyatdan keçirərək vahid məlumat bazası yaradır.
Aktual.ge xəbər verir ki, bununla bağlı qətnamə artıq dərc edilib.
Qətnaməyə əsasən, bu qayda ilə nəzərdə tutulmuş Gürcüstanın torpaq fondu haqqında məlumatların qeydiyyatı və idarə edilməsi üçün elektron sistem olan vahid məlumat bazası yaradılacaq.
"Gürcüstanın torpaq fondu barədə məlumatlar, o cümlədən dövlət qanununa uyğun olaraq hüquqi şəxs - Milli Davamlı Torpaq İdarəetmə və Torpaqdan İstifadə Monitorinqi Agentliyi tərəfindən alınan və / və ya yaradılan kənd təsərrüfatı torpaq ehtiyatları vahid məlumat bazasında qeydiyyata alınmalıdır.
Vahid məlumat bazasında qeydiyyata alınmış kənd təsərrüfatı torpaq ehtiyatlarının hüquqi və faktiki vəziyyəti barədə toplanmış məlumatlar torpaq balansında, kənd təsərrüfatı torpaq sahələri və onların kadastr məlumatları barədə məlumatlar kənd təsərrüfatı torpaq sahələrinin siyahısında əks olunur", - deyə qətnamədə bildirilir.
Fərmana əsasən, torpaq balansına aşağıdakı məlumatlar daxil ediləcək:
- Gürcüstanın Torpaq Fondunun ictimai reyestrində qeydə alınmış və qeydiyyata alınmamış ərazilərin sayı barədə;
- Gürcüstanın Torpaq Fondunu təşkil edən torpaq sahələrinin təyinatına görə mülkiyyəti və bölgüsü haqqında;
- Kənd təsərrüfatı torpaq sahələrinin kateqoriyalara görə bölgüsü haqqında;
- Əkin edilmiş (faktiki olaraq istifadə olunan) və əkilməmiş kənd təsərrüfatı torpaq sahələri barədə;
- Dövlət meşə sahəsinin quru sahələri barədə;
- Mühafizə olunan ərazilərin quru sahələri barədə;
- Səth su hövzələri tərəfindən işğal olunmuş ərazilər barədə.