Müxalif lider:
17.04.2021 19:14
139
Siyasət
A
Müxalif lider: "Melia sərbəst buraxılmayana qədər Gürcü Arzusu ilə razılaşmayacağıq"
"Nika Meliya və digər siyasi məhbuslar, o cümlədən Giorgi Rurua sərbəst buraxılacağı və erkən seçkilərin yer alacağı bir sənədi imzalayacağıq". Aktual.ge xəbər verir ki, bunu müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri olan Koba Nakopia "Leyboristlər" partiyasının ofisində müxalifətin ortaq iclasından sonra mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, müxalifətin birgə gücü ilə Gürcüstanda erkən seçkilər keçiriləcəkdir. "Gürcü Arzusu təzyiq altında ilk addımı atdı. Erkən seçkilər və siyasi məhbusların sərbəst buraxılması da daxil olmaqla qalan iki məqamda razılığa gəlmək lazımdır. 'Vahid Milli Hərəkat'ın mövqeyi çox aydındır - Nika Melia sərbəst buraxılmayana qədər, 'Gürcü Arzusu' ilə heç bir razılığa gəlməyəcəyik",-deyə K.Nakopia vurğulayıb.
ŞƏRH YAZ
2