Gürcüstanda məktəblərin açılacağı tarix açıqlandı
Gürcüstand təlim tədris prosesi sentyabrın 15-də başlayacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Ekaterine Dqebuadze məlumat verib.
Onun sözlərinə görə, şagirdlər 15 sentyabr tarixində sinif otaqlarına qayıda biləcəklər.
"Vətəndaşlarımızın sağlamlığı vacibdir. Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə fəal əməkdaşlıq edərək qaydalara əsaslanaraq məktəblər üçün tövsiyələr hazırladı"- deyə E.Dqebuadze bildirib.