26.04.2021 03:21
447
Maraqlı
A
"Whatsapp" səsli mesajlarda bunu da edəcək - YENİLİK

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı işə salacaq. 

Aktual.ge xarici KİV-ə istinadən məlumat verir ki, söhbət, səsli mesajların sürətləndirilməsi funksiyasından gedir. 

Bu cür yeniliyi WABetaInfo saytının mütəxəssisləri Android üçün olan Whatsapp 2.21.9.4 versiyasında aşkar ediblər. 

Belə ki, səsli mesajın dinlənilməsi zamanı 1x1.5x və 2x-in əks olunduğu sürətlənmə düyməsi ortaya çıxır. Whatsapp tərtibatçıları bir neçə aydır ki, sözgüedən funksiya üzərində çalışırlar və o hələ indi messencerin beta versiyasına əlavə edilib.

Qeyd etmək lazımdır ki, səsli mesajların sürətləndirilməsi funksiyası Whatsapp 2.21.9.4 versiyasına server səviyyəsində əlavə edilir. Buna görə də o hələ bütün beta test iştirakçıları üçün aktiv deyil. Funksiyanın stabil Whatsapp versiyasında nə zaman istifadəyə veriləcəyi isə bilinmir.

ŞƏRH YAZ
1