Gürcüstana qonşu ölkələrdən ziyarət edənlərin sayı kəskin azalıb
29.04.2021 21:17
1109
İqtisadiyyat
A
Gürcüstana qonşu ölkələrdən ziyarət edənlərin sayı kəskin azalıb

Ötən ay Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı illik müqayisədə 73,4% azalıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının mart ayı üzrə hesabatında bildirilib.

Ziyarətçilərin 91,7%-ni turistlər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 64,4% azdır.

Sənəddə qeyd olunub ki, illik müqayisədə qonşu ölkələrdən Gürcüstana səfər edənlərin sayında da azalma qeydə alınıb. Gürcüstanın Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 90,3% azalıb. Ermənistandan səfərlərin sayı 82,8%, Rusiyadan isə 85,7% az olub.

ŞƏRH YAZ
4