Baş nazir jurnalistləri təbrik edir
03.05.2021 13:20
96
Siyasət
A
Baş nazir jurnalistləri təbrik edir

"Media nümayəndələrini, hər bir jurnalisti Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təbrik edirəm".

Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərə ünvanladığı təbrik mesajında deyilir.

"Azad, yüksək məsuliyyətli media cəmiyyətin inkişafı və dövlətin gücü üçün əsas şərtlərdən biridir",-deyən İ.Qaribaşvili qeyd edib:

"Gürcü Arzusu hakimiyyətə gələndə Gürcüstan Mətbuat Azadlığı İndeksində 100-cü yerdə idi və son illərdə aparılan islahatlar nəticəsində ölkəmiz 40 pillə irəliləyib. Bu gün yalan xəbərlər və dezinformasiyaların yayılması demokratiya üçün əsas problemlərdən biridir. Media məsuliyyəti və peşəkarlığı daha vacibdir. Media azadlığı və media plüralizmi konstitusiyamız tərəfindən təmin edilir. 'Gürcü Arzusu' hakimiyyətə gəldikdə Gürcüstan Mətbuat Azadlığı İndeksində 100-cü yerdə qərarlaşdı, son illərdə aparılan islahatlar nəticəsində vəziyyət xeyli yaxşılaşdı və ölkəmiz 40 pillə irəlilədi. Hökumətimiz bu yöndə töhfə verməyə, ifadə azadlığını qorumağa, medianın müstəqilliyini təmin etməyə davam edəcəkdir".

Baş nazir təbrik mesajında əlavə edib ki, sizə şərəfli, çox vacib ictimai fəaliyyətinizdə uğurlar diləyirəm.

ŞƏRH YAZ
2