Bu gün Koordinasiya Şurası tərəfindən qəbul edilən qərarlar
04.05.2021 13:47
384
Maraqlı
A
Bu gün Koordinasiya Şurası tərəfindən qəbul edilən qərarlar

"Hökumət və parlament üzvləri bu həftədən etibarən peyvəndlənmə prosesinə cəlb ediləcəklər".

Aktual.ge xəbər verir ki, bu barədə qərar Qurumlararası Koordinasiya Şurası tərəfindən verilib.

Şuranın qərarına əsasən, peyvənd prosesində prioritet qruplar ümumilikdə turizm və qonaqlama sektorunda işləyən şəxslər və ictimai nəqliyyat sürücüləri və nəzarətçiləridir.

Bütün peyvəndlənmə kursundan sonra veriləcək "yaşıl pasport"lar, bu gün hökumət rəhbərliyində baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən şuranın iclasında müzakirə edilib. Bu məsələ ilə əlaqədar fəal iş aparılır və yaxın vaxtlarda təsdiq üçün İdarələrarası Koordinasiya Şurasına təqdim ediləcək. Bundan əlavə, şura, tam peyvəndlənmə kursu keçəcək şəxslər üçün müxtəlif növ güzəştlərin tətbiq olunmasını nəzərdən keçirir.

İclasda həm dünyada, həm də Gürcüstanda infeksiya hadisələrinin artım dinamikasına diqqət yetirilərək sistemin ən pis ssenariyə belə hazır olduğu və hökumətin bu prosesi tamamilə idarə etdiyi qeyd edilib", - deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
5