İrakli Qaribaşvili ABŞ'ın Gürcüstandakı səfiri ilə görüşüb
04.05.2021 19:30
65
Siyasət
A
İrakli Qaribaşvili ABŞ'ın Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, ABŞ'ın Gürcüstandakı səfiri Kelli Deqnan ilə görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, görüşdə Gürcüstan-ABŞ strateji tərəfdaşlığının əsas istiqamətləri, müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı, eləcə də dünyanın Covid-19 və peynəndlənmə prosesi müzakirə olunub.

Baş nazir ABŞ Sahil Mühafizəsi gəmisinin Batumi limanına USCGC HAMILTON (WMSL 753) gəlişini məmnuniyyətlə qarşılayıb və bu səfərin Qara dənizin AvroAtlantik təhlükəsizlik üçün əhəmiyyətini vurğuladığını və təhlükəsizlik əməkdaşlığı ilə birgə sülh və bölgədəki sabitlik vurğulanıb. Görüş zamanı, pandemiyaya qarşı effektiv mübarizə prosesində sürətli peyvənd və birgə səylərin vacibliyinə diqqət çəkilib.

“Bu gün mənə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə gündəmimizdəki bir çox məsələni müzakirə etmək üçün vacib fürsət verildi. Artıq ölkə hökuməti ilə üzərində fəaliyyət göstərdiyimiz bir çox prioritet məsələ var. Əlbəttə bunlar arasında koronavirusa qarşı mübarizə və peyvəndləmə proqramının həyata keçirilməsi də daxildir. Ümid edirik ki, Gürcüstan vətəndaşları peyvənd prosesində fəal iştirak edəcəklər. Əhalinin 55%-dən çoxu artıq peyvəndlənib. Mən də peyvəndlənmişəm. Yeniyetmə övladlarım da peyvəndlənib. Bu prosesi ümumiyyətlə iqtisadiyyatımızı və xüsusilə məktəblərimizi açmaq və az-çox normal həyata qayıtmaq üçün bir fürsət kimi görürük. Bütün bunlarla bağlı Gürcüstanın Baş naziri ilə yaxşı  söhbətimiz baş tutdu. Təhlükəsizlik gündəmini və üzərində işlədiyimiz bir çox məsələni də müzakirə etdik. Sahil Mühafizəsinin "Hamilton" gəmisini gözləyirik və buna görə sabah Batumiyə yola düşəcəyəm. Göyərtəyə minib gəmiyə baxacağam. ABŞ Donanması gəmilərinin Gürcüstana gəlişindən hər zaman məmnunuq. Bu dəfə Hamiltonun ölkəyə gəlişini səbirsizliklə gözləyirəm. Gürcüstan sərhədçiləri çox yaxşı təlim və məşqlərdən keçiblər. Bu işçilərin imkanları və peşəkarlığı məni çox təsirləndirdi", - deyə səfir Deqnan bildirib.

İclasda ABŞ səfirinin müavini Rayan Harris də iştirak edib.

ŞƏRH YAZ
8