Qiqa Bokeria sərt danışdı:
04.05.2021 20:22
298
Siyasət
A
Qiqa Bokeria sərt danışdı: "Bu İvanişvili rejiminin üzüdür"

"Nika Melia, siyasi sifarişlə Bidzina İvanişvili rejimi tərəfindən həbs olundu - onu siyasi cəhətdən alçaltmaq istəyirlər, bu İvanişvili rejiminin üzüdür".

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Avropalı Gürcüstan" partiyasının lideri Qiqa Bokeria jurnalistlərə müsahibəsində deyib.

Müxalif liderin fikrincə, "Vahid Milli Hərəkat"ın lideri Nika Melianın həbsdən azad edilməsi "Bidzina İvanişvili rejimindən" asılıdır.

"Bidzina İvanişvili rejimi Nika Melianı siyasi sifarişlə həbs etdi. Əlbəttə qərar verdikləri hər an saniyəsində asan bir şəkildə o sərbəst buraxıla bilər. Bilirsiniz ki, siyasi rəqiblərini zəiflətmək, mənəvi cəhətdən nüfuzdan salmaq istəyirlər",-deyə o vurğulayıb. 

Onun sözlərinə görə, "Bidzina İvanişvili rejimi" rejimin tənqidçilərini, siyasi rəqiblərini zəiflətmək və məhv etmək istəyir.

“Bidzina İvanişvili rejiminin əlindədir, istədikləri zaman bu sadə bir mexanizmdir - qabaqlayıcı tədbiri dəyişdirirsiniz, bu asanlıqla baş verir. Bununla birlikdə, siyasi müxalifəti, siyasi müxalifləri, rejimin tənqidçilərini zəiflətmək və məhv etmək istəyirlər, bu halda Nika Melia ilə əlaqəlidir",-deyib Q.Bokeria.

Məlumat üçün bildirək ki, "Vahid Millət Hərəkat" partiyasının sədri N.Meliya həbs qətimkan tədbiri olaraq bu ilin 17 fevralında həbs cəzasına məhkum edildi. O, Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə 2019-cu ilin 20 iyun (Qavrilov gecəsi - red.) hadisəsində qrup zorakılığının təşkili və rəhbərliyi ilə ittiham olunur. Müxalif lider 27 iyun 2019-cu ildə Tbilisi şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri olaraq 30 000 lari girov cəzasına məhkum edildi. Məhkəmə qərarına əsasən, əlavə bir məhdudlaşdırıcı tədbir olaraq ona elektron nəzarət və qolbaq tətbiq edildi, lakin müxalif lider 1 noyabr 2020-ci il tarixində Rustaveli prospektindəki kütləvi etiraz aksiyası zamanı elektron qolbağını çıxararaq atıb. Prokurorluq, həbs qətimkan tədbirinin dəyişdirilməsi və 100 000 lari girov tətbiq edilməsi üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət edib. 3 Noyabr 2020-ci ildə məhkəmə, prokurorluğun vəsatətini qismən təmin edib və N.Meliya barəsində həbs qətimkan tədbiri olaraq 40 000 lari girov cəzası verdi. Məhkəmə N.Meliyaya əlavə bir öhdəlik də qoydu - prokurorluğun əvvəlcədən bildiriş və razılığı olmadan Gürcüstan sərhədindən keçməsi məhdudlaşdırıldı. N.Meliya, məhkəmə tərəfindən qoyulan girovu ödəmədi, Gürcüstan Baş Prokurorluğu isə bir neçə dəfə ona girovun ödənilməsi üçün xəbərdarlıq etdi və daha bir həftə müddət verdi, lakin "Milli Hərəkat" sədri girovu ödəməkdən imtina etdi. Prokurorluq, müxalif liderin fevral ayında həbsdə saxlanılması barədə qərar verdi və beləliklə parlament çoxluğun 88 səsi ilə müxalifətçi deputatın toxunulmazlığını qaldırıldı. 23 fevral tarixində isə N.Meliya hüquq-mühafizə orqanları və xüsusi təyinatlılar tərəfindən partiyanın ofisindən aparıldı.

 

ŞƏRH YAZ
1