Marina Ezuqbaia tibb işçilərini peyvənd olunmağa çağırır
06.05.2021 12:43
97
Sağlamlıq
A
Marina Ezuqbaia tibb işçilərini peyvənd olunmağa çağırır

"Vətəndaşlar virusu məğlub etmək üçün koronavirusa qarşı qaydalara düzgün əməl etməlidirlər".

Aktual.ge xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının Tibbi Direktoru Marina Ezuqbaia deyib.

Eyni zamanda, Marina Ezuqbaia tibb işçilərini peyvənd olunmağa çağırır.

“Yoluxmalarda hələ ki, artım müşahidə olunur. Pandemiyanın pik həddi nə vaxt olacaq dəqiq deyə bilmərəm, amma ümid edirəm ki, əhali, vətəndaşlarımız məsuliyyəti öz üzərlərinə götürəcək və lazım olan tövsiyələrə əməl edəcəklər.

Xəstəlik nisbəti həkimlər və ümumiyyətlə tibb işçiləri arasında yüksək idi. Ümid edirəm ki, tibb işçiləri və ya klinikada hər hansı bir vəzifədə işləyən insanlar öz vətəndaşlıq borclarını dərk edəcəklər və bu dörd aylıq müddətdən sonra peyvənd olaraq peyvəndin lazım olduğunu vətəndaşlara bir daha göstərəcəklər", - deyə Ezuqbaia bildirib.

ŞƏRH YAZ
4