Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir
06.05.2021 13:34
207
Dünya
A
Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı keçirir

Türkiyə Daxili İşlər Nazirliyi “Eren-14” Ağrı Dağı-Çemçe Madur antiterror əməliyyatına başlayıb.

Aktual.ge “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, antiterror əməliyyatında 2 065 şəxsi heyət iştirak edir. Əməliyyatın hədəfi terrorçu PKK qruplaşmasını Türkiyə gündəliyindən tamamilə çıxarmaq, həmçinin bölgədə terrorçuları və sığınacaq yerlərini zərərsizləşdirməkdir.

Bu tədbir Ağrı, İğdır, Qars və Ərdahan bögələrində və Ərzurum Jandarm Bölgə Komandanlığının başçılığı ilə keçirilir.

ŞƏRH YAZ
0