Səhiyyə naziri
06.05.2021 19:35
1739
Siyasət
A
Səhiyyə naziri "Komendant saatı" ilə bağlı AÇIQLAMA VERDİ

"Komendant saatının qaldırılması və ya dəyişdirilməsi bu mərhələdə nəzərə alınmır".

Aktual.ge xəbər verir ki, bunu Səhiyyə naziri Ekaterine Tikaradze 'Rustavi2'yə müsahibəsində bildirib.

"Təəssüf ki, bu mərhələdə bunun qaldırılmasını ("Komendant saatı"nı tutur nəzərdə -red.) vəd edə bilmərik. Qaydalara riayyət etməliyik, sosial məsafəni qorumalıyıq, həm də ölkədə maska taxmaq nisbəti 75%-dır. Maska taxmaq vacbidir, bunun 95%-ə yüksəlməsi gərəkdir",-deyə E.Tikaradze qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin 9 noyabr tarixindən ölkənin böyük şəhərlərində, 28 noyabr tarixindən isə bütün Gürcüstan miqyasında axşam saat 21:00-dən səhər saat 05:00-ə qədər "Komendant saatı" tətbiq olunub.

Qeyd edək ki, "Komendant saatı"nın ləğv edilməsini tələb edən QHT-ı, həm adi vətəndaşlar, həm də ticarət sektoru tərəfindən bir sıra etiraz aksiyaları keçirilib, ancaq hökumət hərəkətə goyulan məhdudiyyəti ləğv etməyib.

 

ŞƏRH YAZ
13