BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi
07.05.2021 03:16
340
Dünya
A
BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi

Ötən il Yerin temperaturu son 3 milyon ildə rekord səviyyəyə çatıb.

Aktual.ge xəbər verir ki, bunu “Petersberq iqlim dialoqu” konfransında çıxışı zamanı BMT Baş katibi Antoniu Quterreş bildirib.

Baş katibin sözlərinə görə, dövlətlərin atmosferə buraxılan zərərli tullantıların azaldılması üzrə mövcud öhdəlikləri qlobal iqlim fəlakətini önləmək üçün yetərli deyil.

“Ötən il ekstrimal hava və təbii kataklizmlər baxımından yeni rekordlar qeydə alındı. Son üç milyon ildə ilk dəfə Yerin hərarəti normadan 3 dərəcə artıq, dəniz səviyyəsi isə 15 metr yüksək oldu”, - deyə BMT rəhbəri qeyd edib.

O vurğulayıb ki, bu gedişlə dünya sürətlə fəlakətli isinmə dövrünə doğru irəliləyir.  

Bununla yanaşı, A.Quterreş ölkələrin birgə fəaliyyəti sayəsində iqlim dəyişikliklərinin ən qorxunc fəsadlarının qarşısının alanacağına ümid etdiyini də əlavə edib.

ŞƏRH YAZ
2