Kateqoriyalar
Rustavinin küçələrinin birində yeni videokameralar quraşdırılıb.
Aktual.ge xəbər verir ki, nəzarət kameraları Daxili İşlər Nazirliyi tərəfindən Davit Qareci və Rustaveli küçələrinin kəsişməsində quraşdırılıb.
Kameralar bütün avtomobil nömrələrini gündüz və gecə, istənilən vaxtda qeydə alır və qaydanı pozan hər hansı sürücü asanlıqla cərimələnə bilər.
Davit Qareci küçəsində qoşquların hərəkətinə icazə verilməsə də, təəssüf ki, sürücülər təyin olunan yerə tez çatmaq üçün yol hərəkəti qaydalarını tez-tez pozurdular.
Bu səbəbdən bir sıra etirazlar başladı və nəticədə Davit Qareci prospektində video müşahidə kameraları quraşdırıldı.