Gürcüstan parlamentinin yerləşdiyi ərazinin bərpası başa çatıb - FOTO
20.08.2020 10:47
120
Mədəniyyət
A
Gürcüstan parlamentinin yerləşdiyi ərazinin bərpası başa çatıb - FOTO
Paytaxt Tbilisinin Rustaveli rayonunda yerləşən Parlament binasının ərazisindəki yenidən qurma işləri başa çatıb. Aktual.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze özünün rəsmi "Facebook" səhifəsində məlumat yayıb. Paytaxt merinin yaydığı məlumata əsasən, təxminən 2 000 kvadrat metrlik ərazidə köhnə plitələr sökülüb, su təchizatı dəyişdirilib, drenaj sistemi tənzimlənib, dəmir-beton plitə və su yalıtım təbəqəsi qurulub, perimetr kabellərlə döşənmiş və ərazisi təbii daş plitələrlə örtülmüşdür: "Pilitələr arasında dekorativ lampalar quraşdırılıb. İllər boyu istismardan çıxarılan sökülmüş Tboxel bərpa olunub və 9 aprel 1989-cu il tarixində dinc etirazçıların qanının töküldüyü plitələrin olduğu ərazisi isə qorunub saxlanılmışdır". Mer bildirib ki, sözügedən əraziyə yeni stullar əlavə olunubvə 2000-ə qədər isə ağac əkilmişdir.
ŞƏRH YAZ
1