Samira Bayramova:
09.06.2021 15:41
2044
Siyasət
A
Samira Bayramova: "Məktəb az yaşlıların təhsil aldığı bir məkandır və bu kimi hallar onların fərdi inkişafına və psixologiyasına pis təsir göstərir"

"Ümumiyyətlə çox təəssüflər olsun ki, regionumuzda təhsillə bağlı çox ciddi problemlər var, bunlardan ən başlıcası kadrla əlaqədardır. İllərdir ki, istər Resurs Mərkəz istər məktəb direktorları olsun, biz bunların cəmiyyətə və təhsilə vurduğu ziyanı ən aydın şəkildə seçki ərəfəsində görürük".

Bunu Aktual.ge Xəbər Portalına ictimai fəal Samirə Bayramova Marneuli Təhisl Resurs Mərkəzinə 2 iyun tarixində təyin olunub və bir həftə sonra istefa verən Zabil Qocayevin vəzifəsindən ayrılmasına fikir bildirərkən söyləyib.

Onun sözlərinə görə, sosial şəbəkədə məlumatlar yayılıb ki, bu şəxs (Zabil Qocayevi tutur nəzərdə -red.) məktəbdə qeyri-etik hərəkətlərlə məşğul imiş

"Zabil Qocayevin Resurs Mərkəzə səlahiyyətlərin icraçısı olaraq təyin olunanda cəmiyyət olaraq belə bir sualımız yaranmışdı ki, əgər bu mərkəzdə rəhbər vəzifəsi səlahiyyətlərini icra edən biri şəxs varsa əlavə birinin həmin vəzifəyə təyin olunmasına nə ehtiyac var? Biz xəbərlərdən oxuyuruq ki, öz istəyi ilə istefa verib. Eyni zamanda sosial şəbəkədə məlumatlar yayılıb ki, bu şəxs məktəbdə qeyri-etik hərəkətlərlə məşğul imiş. Əgər bunlar doğrudursa, təhsil ocağında belə bir hərəkətlərin edilməsi yolverilməzdir və bu qınanılası bir mövzudur, məktəb az yaşlıların təhsil aldığı bir məkandır və bu kimi hallar onların fərdi inkişafına və psixologiyasına pis təsir göstərir",-deyib S.Bayramova

O, məsələ ilə bağlı istintaqın başlanılması gərəkdiyini ifadə edib.

"Təəssüflər olsun ki, təhsil sahəsində vəzifəyə təyin olunma prosesi bir alver predmetine çevrilib. İllərdir biz ictimai fəal olaraq belə məmurları qınayırıq. Bildiyimiz kimi, məmurların işlə təmin olunma prosesinə parlamentin deputatları aktiv şəkildə qoşulub. Ümüd edirəm ki, məsələ ilə bağlı müvafiq orqanlar istintaqa başlayacaqlar və cəmiyyət üçün də məlum olmayan bu insanın istefası, həmçinin bu insan işə necə götürülməsi və ya niyə bir həftə sonra öz istəyi ilə yüksək postundan ayrılması və ən əsasıda cəmiyyətdə yayılan fikirlər nə dərəcə düzgün olunmasına qanuni səviyyədə aydınlıq gətiriləcək? Əgər bütün bunlar reallığı əks etdirirsə məktəbdə direktorun müəlliməyə qarşı etdiyi hərəkət bütün bunlar yolverilməzdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, son bir ildə yerli bələdiyyəyə keçmişi kirli xeyli şəxs təyin olunub, bunların çox isə qadına qarşı təcavüzlə bağlıdır",-deyə ictimai fəal əlavə edib.

Məlumat üçün bildirək ki, 2 iyun tarixində Marneuli Təhsil Resurs Mərkəzinə rəhbərin səlahiyyətlərin icraçısı olaraq təyin olunan Zabil Qocayev 8 iyun tarixində öz istəyi ilə istefa verib.

ŞƏRH YAZ
6