İrakli Qaribaşvili yerli seçkilərdən danışdı:
09.06.2021 19:21
233
Siyasət
A
İrakli Qaribaşvili yerli seçkilərdən danışdı: "53% səslə qazanacağıq"

"Hər müxalifətçi bilir ki, bütün bələdiyyələrdə 43% deyil, 53% səslə qazanacağıq".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, "Gürcü Arzusu" seçkilərdə çox güclü mübarizə aparacaq.

“Hər müxalifətçi bilir ki, bütün bələdiyyələrdə inandırıcı şəkildə qalib gələcəyik, 43% yox, 53% gözləyirik",-deyə hökumət başçısı qeyd edib.

Məlumat üçün qeyd edək ki, 2020 parlament seçkilərindən sonra müxalifət və iqtidar arasında aylarla qalmaqal hökm sürdü. Avropa Şurasının Prezidenti Şarl Mişel tərəflər arasında barışın əldə olunması və müxalifət pariyalarının parlamentə daxil olması ilə bağlı bir sənəd hazırlandı. Sənəddə deyilir:

"Gürcü Arzusu" yerli seçkilərdə partiya olaraq səslərin 43%-dən azını alarsa, Gürcüstanda erkən seçkilər 2022-ci ilə təyin edilməlidir.

ŞƏRH YAZ
16