Qurban bayramı nə vaxtdır? - Şeyx açıqladı
09.07.2020 18:12
876
Din
A
Qurban bayramı nə vaxtdır? - Şeyx açıqladı
“Müqəddəs Qurban bayramı, iyul ayının 31-nə təsadüf edir”. Bu barədə Aktual.ge xəbər portalına Ümüm Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri və şeyxi seyid Mirtağı Əsədov bildirib. Şeyx deyib ki, müqəddəs Qurban bayramının yaxınlaşması münasibətilə ölkəmizdə və dünyada yaşayan bütün müsəlmanları təbrik edirəm: “İslam dininin mühüm bayramlarından biri olan Qurban bayramının yaxınlaşması münasibətilə uca Allahdan diləyirəm ki, bizləri müqəddəs Qurban bayramına xatir ölkəmizdə və dünyada olan pandemiyadan tez bir zamanda xilas etsin”. M.Əsədov vurğulayıb ki, müqəddəs Qurban bayramı üç gün qeyd olunur yəni ki, 2 avqust tarixinə qədər müsəlmanlar bayram edə bilər: “Zəruridir ki, imkanı olan şəxslər Qurban kəsərək ehtiyac sahiblərinə ehsan etsinlər. O əlavə edib ki, Qurban bayramında yalnız, buynuzlu eləcədə sağlam qoyun və mal kəsilməlidir həmçinin dəvədə kəsmək olar.
ŞƏRH YAZ
3