SON DƏQİQƏ! Gürcüstanda
10.06.2021 14:48
1391
Kriminal
A
SON DƏQİQƏ! Gürcüstanda "Oğru dünyası" ilə bağlantısı olan 13 nəfər saxlanıldı (VİDEO)

Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə Tbilisi, Telavi və Kutaisi şəhərlərində aparılan genişmiqyaslı istintaq və əməliyyat tədbirləri nəticəsində 13 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN-in Mərkəzi Kriminal Polisi İdarəsinin direktoru Mamuka Çelidze nazirlikdə keçirilən brifinqdə məlumat verib.

"1978-ci il təvəllüdlü V.Q. (Vito ləqəbli), 1976-cı il təvəllüdlü G.X. (Geko ləqəbli), 1983-cü il təvəllüdlü R.Q. (Pupuşa ləqəbli), 1974-cü il təvəllüdlü Q.R. (Xonski ləqəbli), 1987-ci il təvəllüdlü R.D. (Baço ləqəbli), 1992-ci il təvəllüdlü A.Ş., 1995-ci il təvəllüdlü A.L., 1973-c il təvəllüdlü Q.M., (Qibona ləqəbli), 1978-ci il təvəllüdlü Q.D., 1975-ci il təvəllüdlü İ.G., 1966-cı il təvəllüdlü M.K. (Dgvlipe ləqəbli), 1978-ci il təvəllüdlü Q.M., 1996-cı il təvəllüdlü M.M., (Memi ləqəbli) "oğru dünyası"na üzv olmaq, "oğru dünyası" ilə bağlantı qurmaq, "oğru dünyası"nın fəaliyyətini dəstəkləməkdə ittiham olunurlar",-deyə DİN-in məlumatında bildirilir.

Qeyd olunub ki, cinayətlər 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur. Xaricdəki qanuni oğru Z. M.-yə ("Qlexoviç" ləqəbli) qiyabi ittiham irəli sürülüb və ona isə 9 ildən 15 ilə qədər həbs cəzası qərarı verilib.

"İstintaq şübhəlilərdən birinin biznes tərəfdaşı ilə ticari fəaliyyət zamanı qazancının qərəzli bölüşdürülməsi ilə bağlı maliyyə mübahisəsi olduğunu aşkar edib. Mübahisəli tərəflər "oğru dünyası" üzvlərinə mübahisəni həll etmək üçün müraciət ediblər, bundan sonra xaricdə yaşayan qanuni oğrulardan Z.M., bu işi oğlu - M.M.-yə tapşırıb. Onlar 16 aprel 2021-ci ildə Tbilisidəki yaşayış evlərindən birində mübahisəni həll etmək üçün toplaşıblar, nəticədə mübahisə edən tərəflərdən birinin digərinin lehinə 80 min lari ödəməsi əmri verilib. Hakimin qərarı əsasında aparılan axtarış nəticəsində hüquq-mühafizə orqanları bir-biri ilə və xaricdə yaşayan gürcü "qanuni oğru" ilə əlaqə saxladıqları kompüter avadanlığı və təqsirləndirilən şəxslərin mobil telefonlarını ələ keçirib. Hakimin qərarına əsasən, polis 4 avtomobili və sursatı sübut kimi ələ keçirib",-məlumatında deyilir.

Qeyd olunub ki, istintaq "qanuni oğruluq", "oğru dünyasına" üzv olmaq, "oğru dünyası" üzvlüyünə müraciət etmək və "oğru dünyası"nın fəaliyyətinə dəstək faktlarını nəzərdə tutan 223-cü prima maddənin 1-ci və 2-ci hissəsi, 223 prima maddənin 3-cü hissəsi və 223-cü maddənin 4-cü hissələri ilə aparılır.

ŞƏRH YAZ
0