Gürcüstanın azərbaycanlı icmasından Ombdusmana dəstək bəyanatı
10.06.2021 16:52
244
Siyasət
A
Gürcüstanın azərbaycanlı icmasından Ombdusmana dəstək bəyanatı

Gürcüstanın azərbaycanlı icmasının bir sıra ictimai fəalları, siyasətçiləri və Qeyri-Hökumət Təşkilatları (QHT) Ninotsminda uşaq internat məktəbi ətrafında cərəyan edən proseslər fonunda bəzi müəyyən güclər Gürcüstanın Xalq Müdafiəçisinin rəhbəri Nino Lomjariyanın istefası tələb etməsinə qarşı çıxıraq Ombdusmana öz həmrəyliklərini elan edib bəyanat yayıblar.

Aktual.ge xəbər verir ki, sözügedən bəyanatı dəyişməz olaraq təqdim edir:

"Ninotsminda Uşaq İnternat Məktəbi ətrafında baş verən hadisələrdə Gürcüstanın Xalq Müdafiəçisinin səyləri və vəkillərin dəstəyi nəticəsində həmin məktəbda olan az yaşlıların məhkəmənin qərarı ilə çıxarılmasına və xüsusi sığınacaqlara yerləşdirilməsinə nail olundu. Hadisəyə qədər Xalq Müdafiəçisinin nümayəndələrinin həmin məktəbə daxil olunmasına məktəb rəhbərləri tərəfindən icazə verilmirdi baxmayaraq ki, onların buna qanunla tam hüquqları vardı. Bundan sonra aktiv şəkildə məsələ üzərində adım atan Aparat müəyyən şəxslər və qurumlar tərəfindən tənqidlərə məruz qaldılar.

Son bir neçə gündür müəyyən destruktiv güclər Gürcüstan Xalq Müdafiəçisinin rəhbəri Nino Lomjariyanın istefasını tələb edirlər.

Ölkənin demokratik prinsiplərə yiyələnməsi və insan hüquqlarının pozuntularını yüksək şəkildə aradan qaldırılmasını həyata keçirən Xalq Müdafiəçisi illərdir bu sahədə işini uğurla həyata keçirir.

Nino Lomjariya layiqli vəzifəli şəxs olmaqla yanaşı eyni zamanda ləyaqətli vətəndaşdır. Onun sözü gedən məktəbdə baş verən hadisələrə göz yummaması və böyük güclərə qarşı gəlməsi bir daha sübüt edir ki, profesional kadr olmaqla yanaşı yüksək insani keyfiyyətlərə malikdir. O, Gürcüstanda haqqları pozulan bütün vətəndaşlara qarşı ədalətli və bərabər mövqe ilə yanaşır. Onun fəaliyyəti nəticəsində azlıqlara qarşı edilən haqqsızlıqlar hüquqi qiymət almışdır.

Bir Gürcüstan vətəndaşları olaraq Gürcüstanın Xalq Müdafiəçisinin rəhbəri Nino Lomjariyaya dəstəyimizi bəyan edir və müvafiq qurumlardan ona qarşı həyata keçirilən tədbirlərin dayandırılmasını tələb edirik. Demokratik cəmiyyətlərin formalaşması istiqamətində dövlətin müstəsna rolu vardır, dövlət bir qurum ki, islahatların, insan haqqlarının yüksək səviyyədə qorunması üçün imkanlar yaratmalıdır.

Gürcüstan dövlət qanunları çərçivəsində destruktiv güclərin radikal addımlarının araşdırılması və qarşısının alınması, cəmiyyətdə liberal kəsimə qarşı nifrət dilinin yayılmamasının, ictimai şəxslərin öz vəzifə borclarını yerinə yetirməsi üçün qorunmuş mühit yaratmasını tələb edirik.

Biz Gürcüstan dövlətinin bərabər hüquqlara sahib azərbaycanlı icması olaraq Nino Lomjariyaya öz həmrəyliyimizi bəyan edirik!".

“Vətəndaş İnteqrasiya Fondu”

“Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”

“Mülki Məşğulluq və Aktivizm Mərkəzi”

“Salam Platforması”

“Aktual Media” - Aktual.ge

“Gürcüstan Lider Media” - 24News.ge

“Təmiz Xəbər" - İnterpress.ge

Mülki Fəal, Samirə Bayramova

Jurnalist, Ceyhun Narzalov

Siyasətçi, Əhməd İmamquliyev

Siyasətçi, Aqil Mustafayev

Siyasətçi, Murad Muradov

Siyasətçi-hüquqşünas, Əli Bədirov

 

ŞƏRH YAZ
0