Rusiyanın Gürcüstana kompensasiya ödəməsi üçün son tarix müəyyən edilib
10.06.2021 19:29
673
Siyasət
A
Rusiyanın Gürcüstana kompensasiya ödəməsi üçün son tarix müəyyən edilib

Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın Gürcüstana deportasiya olunan vətəndaşlara görə kompensasiyanın ödənilməsi üçün son tarix müəyyən edib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Rusiya Gürcüstan dövlətinə 10 milyon avro həcmində təzminatı bu ilin sentyabrın 6-na qədər ödəməlidir.

Qeyd edək ki, mənəvi kompensasiya 2006-cı ilin payızında Rusiyadan deportasiya olunmuş şəxslər üçün nəzərdə tutulub. Təzminatın ödənilməsi barədə qərarı Strasburq məhkəməsi 2019-cu ilin yanvarın 31-də qəbul edib.

ŞƏRH YAZ
2