SON DƏQİQƏ! Azərbaycan MN-dən açıqlama - Kəlbəcər atəşə tutulub
11.06.2021 00:03
270
Dünya
A
SON DƏQİQƏ! Azərbaycan MN-dən açıqlama - Kəlbəcər atəşə tutulub

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

MN-dən qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur:

"Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".

ŞƏRH YAZ
7