Fransadan Gürcüstana YÜZ MİLYONLARLA dollar yardım
11.06.2021 01:10
168
Siyasət
A
Fransadan Gürcüstana YÜZ MİLYONLARLA dollar yardım

"Bu gün çox vacib bir sənədi imzalayırıq, ki, Gürcüstana 483 milyon avro məbləğində əlavə maliyyə yardımı ayrılacaq. Bu, ölkəmiz üçün çox vacibdir".

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili, Gürcüstan ilə Fransa İnkişaf Agentliyi (AFD) arasında 2021-2023-cü illər üçün əməkdaşlıq proqramının həyata keçirilməsinə dair Hökumət Administrasiyasında müqavilənin imzalanması zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, ölkədə Fransa İnkişaf Agentliyinin (AFD) dəstəyi ilə mühüm layihələr və proqramlar həyata keçirilir.

“Fransız İnkişaf Agentliyi ilə əla işbirliyimiz var. 2017-ci ildən etibarən agentlik Gürcüstanda regional ofis açdı. Əməkdaşlığımız daha da möhkəmləndi və genişləndi. Agentliyin portfeli hazırda təxminən 480 milyon avrodur və AFD-nin dəstəyi ilə ölkədə çox vacib layihələr və proqramlar həyata keçirilir",-deyə İ.Qaribaşvili bildirib. 

ŞƏRH YAZ
0