Rusiyalı turistlər Türkiyədə oğurluq etdi - VİDEO
11.06.2021 01:17
229
Dünya
A
Rusiyalı turistlər Türkiyədə oğurluq etdi - VİDEO

Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar.

Aktual.ge xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən 93 min 550 lari ) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə gətirdiyi çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.

ŞƏRH YAZ
0