Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb
14.06.2021 19:08
358
Din
A
Azərbaycan səfiri Gürcüstanın müsəlman din rəhbərləri ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) dini rəhbərləri ilə görüş keçirib.

Aktual.ge xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Səfirliyin binasında keçirilən görüşdə Gürüstanın müsəlman icmasının vəziyyəti müzakirə olunub.

Tərəflər ölkələr arasında dini sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İki qonşu, qardaş və strateji müttəfiq ölkənin bütün sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə GMİ-nin şeyxi Hacı Ramin İgidov, şərqi-Gürcüstan üzrə müftisi Etibar Eminov və qərb müftisi Adam Şantadze iştirak edib.

ŞƏRH YAZ
1