Tbilisidə “İslamda yardımlaşma mədəniyyəti
16.06.2021 00:36
180
Din
A
Tbilisidə “İslamda yardımlaşma mədəniyyəti" mövzusunda konfrans keçirilib

Paytaxt Tbilisidə fəaliyyət göstərən “Alulbeyt Dini Mədəniyyət Mərkəzi”ndə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə “İslamda yardımlaşma mədəniyyəti” mövzusunda konfrans keçirilib.

Aktual.ge xəbər verir ki, konfransda bir sıra xarici ölkələrin Gürcüstandakı səfirliklərinin nümayəndələri, din xadimləri, xeyriyyə sahəsində fəaliyyət göstərən 30-a yaxın təşkilatın, fondun və dərnəyin rəhbərləri eləcə də, media nümayəndələri iştirak ediblər.

Tədbir Natiq Əliyevin Quran-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Proqramın moderatoru Vidadi Qurbanov konfransın mövzusu haqqında məlumat verdikdən sonra çıxış üçün sözü GMİ-nin şərqi-Gürcüstan müftisi Etibar Eminova və İdarənin şeyxi Hacı Ramin İgidova verib. Onlar İslamın dinin yardımlaşma ilə bağlı düşüncəsi və verdiyi önəm, dinimizdə yardımlaşmanın növləri, fəziləti və əhəmiyyəti haqqında ətraflı danışıblar.

Müfti çıxışı zamanı pandemiya dövründə ölkədəki yardımlaşma haqqında danışıb və bunun təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed Erdem, İran İslam Respublikası Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Əl-Mustafa ali təhsil mərkəzinin Gürcüstan üzrə rəhbəri Həsən Yusifzadə, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin idarə heyətinin sədri Nəriman Qurbanov və başqaları çıxış ediblər.

Çıxış edənlər yardımlaşma kimi mühüm bir mövzuya toxunaraq belə bir konfransı təşkil etdiyi üçün GMİ-yə təşəkkür ediblər. Konfrans iştirakçıları həmçinin İslamın İnfaq – yardımlaşma mədəniyyətinə verdiyi önəmdən də danışıblar.

Tədbirin sonunda xeyriyyə sahəsində fəaliyyət göstərən 30 yaxın xarici və yerli fond və dərnəklər haqda qısa məlumat verilib, onlara GMİ tərəfindən fəxri fərmanlar təqdim olunub. Onlara xeyirxah işlərində uğurlar arzu edilib.

ŞƏRH YAZ
2