Laçında iki Azərbaycan hərbi qulluqçusu həlak olub
17.06.2021 00:50
470
Dünya
A
Laçında iki Azərbaycan hərbi qulluqçusu həlak olub

İyun ayının 16-da saat 16:40 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Aktual.ge xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Azərbaycanın Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Elməddin Süleyman oğlu Nəsibov və gizir Kamal Vilayət oglu Kamallı dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

ŞƏRH YAZ
4