18.06.2021 11:32
530
Maraqlı
A
"Aktual.ge" vakansiya ELAN EDİR - Son tarix AÇIQLANDI

"Aktual Media" - Aktual.ge Xəbər Portalı ali təhsil ocaqlarını bitirmiş gənclərə azad mediamızın üzvü olmaq üçün şansı təklif edir.

"Təcrübə vacib deyil, əsas bacarıqdır" deyiminə dayanaraq saytımızda vakansiya elan edirik.

Tələb olunan şərtlər:

  • -Azərbaycan dilində sərbəst, hərf səhvi olmadan xəbər mətinlərinin hazırlanması;
  • -Gün ərzində əsas xəbərlərin gürcü dilindən Azərbaycan dilinə tərcüməsi;
  • -Gün ərzində müxtəlif xəbərlərin hazırlanması, müsahibələrin alınması və s;
  • -Əməkdaş sayta sadiq olmalidir;-
  • -Mövzu tapmaq;
  • -İş vaxtı məsuliyyətli olmaq;
  • -Sosial şəbəkədə aktivlik;
  • -Ünsiyyətcil olmaq;
  • -Standart olmayan yanaşmalar və baxışlar;
  • -Gürcü dili səviyyəsi - B2 - C1;
  • -Həftənin 5 günü, saat 10:00-dan 17:00-a qədər Marneuli rayonunun Giorgadze 2 küçəsindəki Aktual.ge Xəbər Portalının ofisində.

Sadalanan bütün bacarıqları özündə görən gənclər, media və jurnalistika sahəsində çalışmaq istəyənlər 'CV'ni [email protected] və ya Aktual.ge-nin "Facebook" səhifəsinə mesaj olaraq göndərmələrini xahiş edirik.

Qeyd edək ki, Aktual-ın üzvü olmaq istəyənlər standart bir 'CV' mütləq şəkildə təqdim etməlidir və 'CV'nin sonunda niyə bizimlə işləmək istədiyini qısaca izah etməlidir. 'CV'lərin son qəbul tarixi 25 iyun.

Qeyd:

"Press karta" sahib olmaq və ya vaxt itirmək üçün Aktual.ge-də işləmək istəməməlisiniz.

ŞƏRH YAZ
2