Parlamentin sədri: “Seçkilərə daha çox müşahidəçinin gəlməsi bizim məqsəd və maraqlarımız daxilindədir”
21.08.2020 16:17
1007
Siyasət
A
Parlamentin sədri: “Seçkilərə daha çox müşahidəçinin gəlməsi bizim məqsəd və maraqlarımız daxilindədir”
“Yeganə motivasiya və marağımız seçkilərə daha çox müşahidəçinin gəlməsidir". Aktual.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərlə müsahibəsində söyləyib. “Bu (Oktyabrdakı parlament seçkilərini nəzərdə tutur) seçkiləri keçirmək üçün bir çox demokratik seçkilər keçirmişik, qadınların və kişilərin siyasətdə bərabər iştirakını dəstəklədik, seçki kodunu dəyişdirdik, mühiti daha demokratik etdik. Bu gün müsbət bir seçki kampaniyası əldə etdiyimizi açıq aşkar görə bilərsiniz. Komandamız gələcəyə yönəlib",-deyə A.Talakvadze vurğulayıb. Xatırladaq ki, müxalif "Avropalı Gürcüstan" partiyasının üzvü Serqi Kapanadze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hakimiyyət parlament seçkilərində xaricdən çox sayda müşahidəçi gəlməməsini istəyir. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 31 oktyabr tarixində keçiriləcək.
ŞƏRH YAZ
1