Əhaliyə xəbərdarlıq edilir! - Dənizə girmək müvəqqəti qadağandır
18.06.2021 18:48
565
Maraqlı
A
Əhaliyə xəbərdarlıq edilir! - Dənizə girmək müvəqqəti qadağandır

Təcili Yardım İdarəsi vətəndaşları Qara dəniz sahillərindəki güclü fırtına barədə xəbərdarlıq edir.

Aktual.ge xəbər verir ki, İdarənin verdiyi məlumata görə, çimərliklərə keşik çəkən əlavə xilasetmə qrupları səfərbər olunur.

"Fövqəladə Hallar İdarəsi vətəndaşları dənizə girməmələri barədə xəbərdarlıq edir. Kiçik uşaqları sahildə nəzarətsiz qoymaq qəti qadağandır. Sahildə qırmızı bayraqlar qoyulur ki, bu da dənizə giriş qadağasının müvəqqəti əlamətidir",-məlumatda deyilir.

Bildirilib ki, fırtına sakitləşdikdən sonra dənizə girmək üçün sahilə ağ bayraqlar qoyulacaq.

ŞƏRH YAZ
0