Diqqət! Batumi bulvarında yeni qaydalar tətbiq olunub
19.06.2021 00:45
725
Maraqlı
A
Diqqət! Batumi bulvarında yeni qaydalar tətbiq olunub

Gürcüstan turizminin paytaxtı Batumi şəhərinin Bulvarında bir sıra yeni qaydalar tətbiq olunub.

Aktual.ge xəbər verir ki, Bulvar Rəhbərliyinin verdiyi məlumata görə, ərazini 2 kq-a qədər tullantıları ilə çirkləndirən şəxs 80 lari cərimələnəcəkdir.

Bundan əlavə bildirilir ki, motosiklet, velosiped və ya digər bənzər hərəkətli vasitələrlə velosiped zolağından kənara çıxan şəxslərə ilk öncə xəbərdarlıq ediləcək və ya 20 lari məbləğində cərimə yazılacaq, əgər ikinci dəfə bu hal təkrarlanarsa cərimə 50 lari olacaq.

Xəbərdarlıq edilir ki, velosiped zolağında piyadaların hərəkəti qadağandır.

"Zəhmət olmasa, yüksək mülki məsuliyyət göstərin və göstərilən qaydalara mümkün qədər riayət edin",-deyə məlumatda deyilir.

ŞƏRH YAZ
0