Rusiya Ermənistana 3,2 milyon dollar yardım edəcək
19.06.2021 14:48
337
Dünya
A
Rusiya Ermənistana 3,2 milyon dollar yardım edəcək

"Rusiya hökuməti, BMT-nin İnkişaf Proqramının (BMTİP) Ermənistanın ən çox təsir görmüş regionlarına münaqişədən sonrakı xilasetmə prosesində kömək etmək üçün nəzərdə tutulmuş layihəsini maliyyələşdirməyə qərar verib".

Aktual.ge xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Onların məlumatına görə, bu məqsədlə büdcədən 3,2 milyon dollar vəsait ayrılıb.

Səfirlikdəm bildirilir ki, Rusiya BMT-nin Ermənistanın hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərinə maliyyə yardımını koordinasiya edir. Bu yardımın həcmi təxminən 70 milyon dollardır ki, bu vəsait 2010-cu ildən bəri səhiyyə, təhsil, sosial-iqtisadi inkişaf, sənaye, ətraf mühit, fəlakətlərin idarə edilməsi və enerji sahələrində müxtəlif layihələr üçün nəzərdə tutulub.

ŞƏRH YAZ
5