Saakaşvili sirləri açdı - İlham Əliyev TƏYYARƏDƏ MƏNƏ DEDİ Kİ...
19.06.2021 19:10
1558
Dünya
A
Saakaşvili sirləri açdı - İlham Əliyev TƏYYARƏDƏ MƏNƏ DEDİ Kİ...

Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" siyasi tok-şousunun iştirakçısı olan Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təyyarədə baş tutan söhbətini xatırladıb.

Aktual.ge xəbər verir ki, Gürcüstanın eks-prezidenti sözlərinə belə davam edib:

“Mən İlhamla (Əliyev - red.) onun təyyarəsində Strasburqdan uçdum (Avropa Şurasında birgə çıxış etmişdik). Təyyarə Qara dəniz sahili üzərində uçdu. Mən ondan Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etdim. Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə illik sual. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...".

ŞƏRH YAZ
2