Dmanisidən olan gənc Bolnisidə öldürülüb
20.06.2021 00:32
2122
Kriminal
A
Dmanisidən olan gənc Bolnisidə öldürülüb

Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda qətl hadisəsi baş verib.

Aktual.ge İpn-a istinadən xəbər verir ki, ilk versiyalara görə, gənc odlu silaha vurulub və onurğa beyni zədələnib, xəstəxanaya aparılmazdan əvvəl ölüb.

Məlumata əsasən, qətlə yetirilən gənc Dmanisidəndi o, Bolnisidə işləyirmiş və bir dostu ilə müvəqqəti kirayədə yaşayırmış.

Mərhumun cəsədi ekspertiziyaya aparılıb..

Daxili İşlər Nazirliyindən yerli mətbuata bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyi nəzərdə tutan 108-ci maddəsi ilə istintaq başlayıb.

ŞƏRH YAZ
16